Məsud Bərzani: “Xaosu aradan qaldırın, yoxsa müstəqilliyimizi elan edəcəyik”

Məsud Bərzani: “Xaosu aradan qaldırın, yoxsa müstəqilliyimizi elan edəcəyik”

Şimali İraqdakı Kürd muxtariyyətinin başçısı Məsud Bərzani bölgədə müstəqil Kürd dövlətinin yaradılacağı haqda xəbərdarlıq edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bərzani İraqda xaosun baş alıb getdiyini, bunun üçün bütün siyasi partiyaların toplanıb bu problemi həll etməyin lazım olduğunu bildirərək \"Əgər problem həll edilməzsə xalqımız son sözünü söyləyəcək\", deyib.


Şimali İraqın kürd rəhbərliyinin Novruz bayramı tədbirində kürd milli marşı kimi qəbul edilən \"Ey rəqib\"i oxuması və Bərzaninin \"Kürd bölgəsi müstəqilliyini elan etdi" deməsi gözlənilirdi. Bir müddət əvvəl Bərzani bu mövzuda bəyanatlar vermişdi və Novruz bayramında bu məsələnin ortaya çıxması yeni deyildi. Hətta kürd lider ABŞ və bir çox Avropa ölkəsini ona yardım edəcəkləri barədə razılıq verdiklərini də aqçıqlayıb. Ancaq Bərzani təxminən 5 saat davam edən bayram şənliklərində bu barədə açıq şəkildə danışmadı.

Bərzani bütün kürdlərin \"Kürdlük çətiri\" altında bir araya gəlməsinin lazım olduğunu, İraqın böhran və xaos yaşadığını bildirərək: \"Artıq yetər demək zamanı gəlib. İraqda xaos yaşanır. Qarışıqlıqdan faydalanmaq istəyən bəziləri iqtidarlarını diktatorluğa çevirmək istəyir. Bu səbəblə İraqdakı bütün partiya və siyasilərin toplanmasını istəyirəm. Bu problemi həll edin. Əgər problem həll edilməzsə, son sözü, son qərarı xalqımız verəcək. Sonra kimsə bizə qarşı çəxmasın. Biz millətik, azad olmalı və azad yaşamalıyıq. Kimsənin zülm və təzyiqini qəbul etmirik\".


Bütün xəbərlər Facebook səhifəmizdə