Şırnakdakı Cudi Dağında terrorçularla 4 təhlükəsizlik əməkdaşının şəhid olduğu qarşıdurmada yaralanan xüsusi təyinatlı qrupun başçısı 26 yaşındakı Erkan Qürur Can cib telefonu ilə anası Fatma Cana zəng edərək "Ah, ana vuruldum" deyə bilib.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 55 yaşlı Fatma Can oğulu ilə telefon danışığı zamanı terrorçularla polislər arasında gedən qarşıdurmada silah səslərini dinlədiyini söyləyib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı da Cudi Dağında əməliyyat aparıldığını təsdiqləyib. Bildirilir ki, təhlükəsizlik gücləri ilə terrorçular arasında saat 10:00 radələrində atışma başlayıb. Terrorçuların açdığı ilk atəş 4 təhlükəsizlik əməkdaşının şəhid olmasına səbəb olub, bir neçə polis isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB