İran atom bombası hazırlamır. Ölkə ABŞ və İsrailin sionist rejiminin İslam Respublikasına qarşı hər cür təcavüzünə cavab vermək iqtidarındadır. Bunları İranın ali dini lideri Əli Xamneyi Novruz bayramı münasibətilə xalqa ünvanladığı müraciətdə deyib.
İranın kütləvi informasiya vasitələri xəbər verir ki, Ə.Xamneyi ölkəsinin özünü müdafiə hüququnun olduğunu və bu hüququn müqəddəs Quranda da əksini tapdığını vurğulayıb.
Qeyd edək ki, İsrail prezidenti Şimon Peres də İran xalqını Novruz bayramı münasibətilə təbrik edib. İsrail prezidenti təbrikində tarixi ənənələrə və şərəfli keçmişə malik iranlıların ölkələrindəki rejimə necə dözdüklərini anlamadığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB