İraqın bir neçə şəhərində törədilmiş partlayışlar nəticəsində azı 44 nəfər ölüb, 180-dən çox adam yaralanıb. Əvvəlcə Kərkükdə polis məntəqəsi və mağazalar qarşısında 3 avtomobil partladılıb. Azı 13 nəfər ölüb, 40-dək adam yaralanıb. Bundan başqa, Kərbəla şəhərində izdihamlı alış-veriş məntəqəsi və restoran qarşısında 2 avtomobil partlayışı nəticəsincə azı 13 nəfər ölüb, 50-dən çox adam yaralanıb. Paytaxt Bağdad da daxil olmaqla 5 şəhərdə törədilmiş partlayışlar nəticəsində əsas hədəf polis əməkdaşları olub. Terror aktları koalisiya qüvvələrinin 2003-cü ildə İraqda hərbi əməliyyatlara başlamasının 9-cu ildönümündə törədilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB