Minsk metrosunda terror törədən ikinci şəxsin edam xəbəri yayıldı

Minsk metrosunda terror törədən ikinci şəxsin edam xəbəri yayıldı

Belarusun paytaxtı Minsk şəhərinin metrosunda törədilən terror aktında iştirakda təqsirli bilinən ikinci şəxs Dmitriy Konovalovun edam olunması barədə Belarus internet saytlarında xəbər yayılıb.


İnterfax agentliyinin verdiyi xəbərə görə, bu məlumat rəsmi olaraq təsdiq olunmayıb.

Qeyd edək ki, bu gün eyni ittihamla Vitebskda yaşayan Vladimir Kovalyov edam olunub. Onun anası Lyubov Kovalyova ev ünvanına oğlunun edam olunması ilə bağlı məktub alıb.


Xatırladaq ki, Minsk Metropoliteninin "Oktyabrskaya" stansiyasında terror aktı 2011-ci il aprelin 11-də törədilib. Nəticədə 15 nəfər ölüb, yüzlərlə sərnişin xəsarət alıb. İstintaq nəticəsində məlum olub ki, terror aktı Vitebsk şəhərindən olan iki fəhlə Vladislav Kovalyov və Dmitri Konovalov tərəfindən törədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə