Hillari Klinton: “İran hərbi müdaxiləyə məruz qalmaması üçün apreldəki son şansından istifadə etməlidir”
Rəsmi Vaşinqton İrana son xəbərdarlığını edib. SİA -nın xəbərinə görə, ABŞ dövlət katibi Hillari Klinton rusiyalı həmkarı Sergey Lavrovdan rəsmi Tehrana BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya (5 +1) ilə reallaşdırılacaq görüşün İrana hərbi müdaxilə olmaması üçün son şansı olduğunu çatdırmağını istəyib.
Rusiyanın "Kommersant" qəzeti yazır ki, aprel ayında reallaşdırılması planlaşdırılan görüşün dəqiq tarixi bəlli olmasa da bunun İstanbulda keçirilməsi gözlənilir.
Qəzetdə yer alan xəbərə əsasən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İrana qarşı ediləcək hücumda ölkəsinin təhlükəsizliyi üçün \"çox gizli\" bir plan hazırladığını bildirib.
İranın nüvə silahını inkişaf etdirdiyini və bütün xəbərdarlıqlara qarşı bu məqsədindən əl çəkmədiyini bildirən İsrail tərəfi hərbi əməliyyata başlaya biləcəyini bildirərkən ABŞ prezidenti Barak Obama da bu istiqamətdə İsrailə dəstəyini bildirib.
Qeyd edək ki, nüvə silahı hazırladığı iddialarını qəbul etməyən rəsmi Tehran ötən ilin yanvarında 5 +1 ölkələri ABŞ, Rusiya, Fransa, İngiltərə, Çin və Almaniya ilə İstanbulda bir araya gəlib, lakin bu danışıqlar müvəffəqiyyətsizliklə nəticələnmişdi.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB