İran tarixidə ilk: Əhmədinejad parlament tərəfindən sorğu-sual edildi

İran tarixidə ilk: Əhmədinejad parlament tərəfindən sorğu-sual edildi

Tarixdə ilk dəfə İranda dövlət başçısı parlament tərəfindən sorğu-sual edilib. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, İran prezidenti Mahmud Əhmədinejad əsasən iqtisadiyyat, xarici və daxili siyasətdəki uğursuzluqlara görə hesabat verməli olub.

Millət vəkilləri Mahmud Əhmədinejadın İranda inflyasiyanın artması, milli valyutanın dəyərdən düşməsi, dövlət vəsaitinin qeyri-effektiv istifadəsi, yeni iş yerlərinin açılması ilə bağlı açıqlamalarının düzgün olmadığını bildiriblər. İran prezidenti ayətullah Xamneyiyə heç vaxt meydan oxumadığını deyib. Bəzi sualları zarafatla cavablandırdığı üçün deputat Məhəmmədrza Kabbaz tərəfindən sərt şəkildə tənqid edilən Mahmud Əhmədinejad həmçinin Tehran metropoliteninin inşasının maliyyələşdirilməsi prosesini uğursuz aparmaqda təqsirləndirilib. Daha çox mühafizəkar deputatların suallarını cavablandıran Mahmud Əhmədinejad sonda parlament qarşısında hesabat verməsinə münasibət bildirib: "Suallar o qədər də çətin olmayıb. Mən daha yaxşı suallar verərdim. Məncə, bu sualları fikirləşənlər magistr dərəcələrini sadəcəyə düyməyə basaraq alanlar olub".

Bütün xəbərlər Facebook səhifəmizdə