Vyetnamda epidemiya: 11 ölü

Vyetnamda əl, ayaq, ağız xəstəliyi epidemiyasından 11 uşaq dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Vyetnamın Səhiyyə Nazirliyi açıqlama yayıb. Məlumatda, əksəriyyəti 3 yaşında olmaqla ümumilikdə 12 mindən artıq uşağın bu xəstəliyə yoluxduğu bildirilib. Nazirlik bütün şəhər xəstəxanalarından bu epidemiyanın qarşısının alınması istiqamətində səylərini artırmalarını istəyib. Qeyd edək ki, Vyetnamda ötən il eyni xəstəlikdən 166 nəfər həyatını itirmişdi.


Bütün xəbərlər Facebook səhifəmizdə