Suriyada gərgin vəziyyət davam edir. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, təhlükəsizlik qüvvələrinin müxalifətçilərə qarşı hücumları zamanı 80 nəfər həyatını itirib. Həlak olanların əksəriyyəti Homs, qalanları isə Hələb, Hama, Dəraa, Dəməşq və İdlib şəhərlərinin sakinləridir. Qeyd edək ki, BMT-nin ən son hesablamalarına görə, Suriyada iğtişaşların davam etdiyi 11 ay ərzində öldürülənlərin sayı 8000-i ötüb. İnsan haqları müdafiəçiləri isə bu rəqəmin çoxdan 8500-ü keçdiyini bildirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB