İraqda son bir ayda 100 “emo” öldürülüb

İraqda son bir ayda 100 “emo” öldürülüb

İraqda son bir ayda 100-ə yaxın "emo" öldürülüb. Bu barədə məlumatı yerli "Əli Əkbər" qəzeti yayıb. İddialara görə, İraq daxili işlər nazirliyinin əməkdaşları tərəfindən hədəf göstərilən "emo"lar ölkədəki radikal qruplaşmalar tərəfindən öldürülür.


Qeyd edək ki, bir müddət əvvəl polis bölmələrindən birinin internet saytında yayılan açıqlamada "emo"luq "satanizm"lə əlaqələndirilib, İraq ictimaiyyətinə mənfi təsir göstərdiyi iddia olunan bu cərəyanın yox ediləcəyi bildirilmişdi.


Xatırladaq ki, 1980-ci illərin ortalarında ABŞ-da punk-rockun bir növü kimi meydana çıxan "emo" cərəyanı ingilis dilində emosional - həyəcanlı kəlməsinin qısaldılmış formasıdır. 2000-ci illərin əvvəlində dünyaya yayılan "emo"lar qeyri adi saç və geyim tərzi ilə məhşurdurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə