Kamikadze dəfn mərasimində özünü partlatdı

Kamikadze dəfn mərasimində özünü partlatdı

Pakistanın Pişəvər vilayəti yaxınlığında dəfn mərasimində partlayış törədilib. Partlayış nəticəsində dəfn mərasimində iştirak edən 15 nəfər ölüb, 37 nəfər yaralanıb.


Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Partlayışı kamikadzenin törətdiyi bildirilir.

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməsə də, yerli polis bunun arxasında "Taliban" hərəkatının dayandığını ehtimal edir.

Bütün xəbərlər Facebook səhifəmizdə