Ötən ay İspaniya 500 milyon dollar dəyərində qızıl və gümüş xəzinəni Amerika Birləşmiş Ştatlarından geri aldıqdan sonra xəzinə üstünda İspaniya ilə Peru arasında narazılıq yaranıb. Qızıl və gümüşdən olan qədim qəpiklər uzun sürən məhkəmə prosesindən sonra Florida ştatından 2 hərbi təyyarə ilə İspaniyaya göndərilib. Həmin 17 tonluq qızıl və gümüş xəzinə 2007-ci ildə Birləşmiş Ştatların dəniz dibində axtarışlar aparan şirkət tərəfindən XIX əsrə aid batmış ispan gəmisindən çıxarılıb.
Gümüş və qızıl qəpiklər Peruda buraxılıb, Peru isə 19-cu əsrdə İspaniyanın müstəmləkəsi olduğundan ABŞ məhkəməsi İspaniyanı həmin xəzinənin qanuni sahibi kimi tanıyıb. İndi Peru rəsmiləri qızıl və gümüş qəpiklərin Peruda buraxılması, onların hazırlandığı qiymətli metalların Peru mədənlərindən Peru işçiləri tərəfindən çıxarılması faktını əsas gətirərək, xəzinənin əsl sahibinin Peru olduğunu bildirirlər. Peruda səlahiyyətli şəxslər ABŞ məhkəməsinin qərarına qarşı apellyasiya ərizəsi ilə müraciət etməyə hazırlaşırlar.
Qeyd edək ki, bu xəzinə indiyədək su altından tapılan ən qiymətli xəzinə hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB