Bəşər Əsəd rejiminə qarşı silahlı müxalifətin apardığı əməliyyat tədbirlərinin nəticəsi olaraq ermənilərin taleyi çəkic və zindan arasında qalıb. SİA-nın xəbərinə görə, Dəməşq Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru Nora Arisyan qeyd edir ki, Suriya rəsmi statistikasına görə, ölkədə 60-70 min nəfər xristian erməni vətəndaşı yaşayır. Buraya 100 minlik amşen (xemşil) ermənilərini (müsəlman) də əlavə etsək, hamısının durumu çox ağırdır: "Bizim əsas ümidimiz baş vermiş üsyanların tezliklə başa çatmasıdır. İndi fərqi yoxdur, bu prosesdə qalib kim olacaq. Əsas məsələ problemin çözülməsidir. Suriyanın müxtəlif şəhərlərində məskunlaşmış erməni icmaları milli azlıq olaraq ölkənin təhlükəsizlik strukturu kollapsının pozulmasından çox qorxurlar. Erməni əhalisi yaşadıqları evlərin zirzəmilərindən bayıra çıxmağa belə çəkinirlər".
Eyni zamanda suriyalı erməniləri heç Suriya da maraqlandırmır. Bunu ermənilərin özü də etiraf edir. "Suriya Erməni İcmaları Birliyi"nin 27 yaşlı üzvü Cimmi Şaginyan: "Mən Rakki şəhərində yaşayıram. Burada Hafiz Əsəd rejiminə dəstək mitinqləri ərəfəsində ölkə kəşfiyyatında çalışan ermənilər bizi həvəsləndirərək bu aksiyalara qatılmamıza təşviq etdilər. Sən demə, müxalifətin də öz kəşfiyyatı varmış. Mitinqdən sonra məni yolda həbs etdilər və uzun müddət onların əsiri oldum. Çox işgəncələrə məruz qaldım. İndi mən nə iqtidarın, nə də müxalifətin yanındayam. Tək istədiyim, bir dəfəlik bu ölkədən qaçıb getməkdir".
Suriyanın paytaxtı Dəməşq, ikinci böyük şəhəri Hələb, eləcə də Latakiya, Yəqubiyyə, Qamışlı, Homs, Xasak, Rakka, Kəssab və digər şəhərlərində yaşayan ermənilər fürsət tapan kimi başqa dövlətlərdə sığınacaq tapmaq üçün qaçmağa hazırlaşırlar. Tarixçi alim Ara Sancyan qeyd edir ki, Suriya erməniləri tarixi məsuliyyətdən yaxa qurtarmaq üçün İrəvanda yüksək dairələrə külli miqdarda rüşvət verərək, Ermənistan vətəndaşı pasportlarına sahib olmaqla təhlükəsiz bir ölkədə yaşamaq siyasətinə üz tuturlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB