Suriya ordusunun 4 generalı və 6 yüksək rütbəli zabiti Türkiyəyə qaçıb

Suriya ordusunun 4 generalı və 6 yüksək rütbəli zabiti Türkiyəyə qaçıb

Suriya ordusunun 4 generalı və 6 yüksək rütbəli zabiti xidmət etdikləri hərbi hissəni tərk edərək qonşu Türkiyəyə qaçıblar. SİA-nın verdiyi məlumata görə, qaçan hərbçilərin adları açıqlanmır. Hadisə Suriya ordusunun ölkənin şimalında Türkiyə ilə həmsərhəd İdlib əyalətində əməliyyata başlaması ilə eyni vaxta təsadüf edib.

Zabitlər 234 qaçqınla birlikdə sərhədi keçiblər. Hazırda Türkiyəyə sığınan suriyalıların sayı 12 minə yaxındır. Onlar müvəqqəti çadır düşərgəsində yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə