Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov BMT Təhlükəsizlik Şurasında Suriyaya hərbi müdaxiləyə gətirib çıxaracaq hər hansı qərarı imzalamayacaqlarını söyləyib.
Qatilov bu gün "Twitter"dan verdiyi açıqlamada "Suriyada iki tərəfə də eyni şəkildə çağırış edilməsi üçün məsləhətləşmələri davam etdiririk" deyib.
Rusiya yetkilisi BMT Təhlükəsizlik Şurasında Suriyaya qarşı qərarın qəbuluna imkan verməyəcəklərini bildirib: "BMT Təhlükəsizlik Şurasının Suriyaya güc tətbiqinin əlamətlərinin göründüyü qərarıyla bağlı eyni fikirdə deyilik. Qeyri-müəyyənliklər qəbul edilə bilməz" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB