İranın xarici işlər naziri Əli Əkbər Salehi Tacikistanda səfərdədir. SİA-nın İran mətbuatına istinadən məlumatına görə, nazir burada həmkarı Tacikistan xarici işlər naziri Hamrohon Zərifi ilə bir araya gəlib. Görüşdə iki ölkə arasındakı ticarət, iqtisadiyyat, enerji, təhsil, nəqliyyat barəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Hər iki nazir həmçinin Tacikistanda istehsalı davam edən "Sanqtud-2" elektrik stansiyasının və İran-Əfqanıstan-Tacikistan-Qırğızıstan dəmiryolu xəttinin proyekti ilə yaxından tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB