Fransa prezidenti Nikola Sarkozi prezident seçkisində uduzacağı təqdirdə siyasətdən gedəcəyini deyib. Bu haqda açıqlamanı Fransa dövlət başçısı RMC radiostansiyasına müsahibəsində bildirib. Buna baxmayaraq, N.Sarkozi əminliklə deyib ki, qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaq:
"Məqsədə çatmaq üçün özünü bu işə tam və bütünlüklə həsr etməlisən".
Müsahibə zamanı Nikola Sarkozi uduzacağı təqdirdə nə ilə məşğul olacağını bilmədiyini etiraf edib: "Nə ilə məşğul olacağım məlum deyil, həm də indi bu haqda danışmaq vaxtı deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB