BMT nümayəndəsi Homsda

BMT humanitar yardım agentliyinin rəhbəri Suriyada iğtişaşların viran qoyduğu Homs şəhərinə səfər edib. SİA-nın xəbərinə görə, səfərinin ilk günündə o, yardıma ehtiyacı olan ərazilərə hümanitar yardım çatdırılmasına çalışır.

BMT-nin sözçüsü deyib ki, Valeri Amos Dəməşqə bugün çatıb. Orada o, Suriya Xarici İşlər Nazirliyinin rəsmiləri ilə danışıqlar aparıb. Valeri Amos cümə gününədək Suriyada qalmağı planlaşdırır və onun səfərindən sonra ölkəyə BMT-nin sabiq baş katibi Kofi Annanın gəlməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə