Bir neçə həftə öncə Əfqanıstanda ABŞ əsgərləri tərəfindən Quranın yandırılmasına qarşı Türkiyədə etiraz aksiyası keçirilib. İstanbul şəhərində baş tutan aksiyada 500-dən çox insan iştirak edib. İslamçı qrup tərəfindən təşkil edilən aksiyada etirazçılar ABŞ, NATO və İsrail əleyhinə şüarlar səsləndiriblər. Etirazçılar əllərində bayraq və Quran nüsxələri ilə Taksim meydanına doğru hərəkət edərək orada ABŞ bayrağını tapdalayıb və yandırıblar. Aksiyada Quranın yandırılması ilə bağlı müsəlmanların qisas alacağı bildirilib.
Qeyd edək ki, insident ötən ay NATO-nun Əfqanıstandakı bazalarından birində baş vermişdi. Lakin ABŞ rəsmiləri hadisəyə görə artıq bir neçə dəfə üzrxahlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB