Haitidə güclü zəlzələ olub

Haitidə güclü zəlzələ olub

Bu gün Haitinin cənubunda 4,6 bal güclü zəlzələ qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ABŞ Geoloji Araşdırma Mərkəzinin yaydığı xəbərdə zəlzələnin ölkənin 38 kilometr cənub-şərqində yerin 4.9 kilometr dərinliyində olduğu bildirilib. Hadisə insanlar arasında böyük çaxnaşamaya səbəb olub.

Qeyd edək ki, Haitidə 2010-cu ilin yanvar ayında baş vermiş 7 bal gücündə zəlzələdə 314 min adam həyatını itirmişdi.


Bütün xəbərlər Facebook səhifəmizdə