Vladimir Putin: "Suriya prezidentinə siyasi sığınacağın verilməsi məsələsi heç müzakirə olunmayıb"

Vladimir Putin: "Suriya prezidentinə siyasi sığınacağın verilməsi məsələsi heç müzakirə olunmayıb"

Suriya prezidenti Bəşər Əsəd üçün Moskvaya yol bağlanıb. Hər halda Rusiyada keçirilən prezident seçkilərində qalib gəlmiş Vladimir Putin jurnalistlərin suallarına verdiyi cavabdan belə nəticəyə gəlmək olar.

Rusiya mətbuatının verdiyi məlumata görə, Putin birmənalı şəkildə qeyd edib ki, Rusiya tərəfindən Bəşər Əsədə siyasi sığınacağın verilməsi məsələsi ümumiyyətlə müzakirə olunmayıb.


"Bu məsələ heç nəzərdən belə keçirilməyib", - deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə