Sarkozi ermənilərlə görüşəcək

Sarkozi ermənilərlə görüşəcək

Ermənilər Fransa Konstitusiya Şurası tərəfindən ləğv edilən "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması barədə qanunu hələdə həzm edə bilmir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu məqsədlə ermənilər Fransa prezidenti Nikola Sarkozi ilə görüşmək məqsədilə prezident administrasiyasına müraciət ediblər.

Müraciət cavabsız qalmayıb. Belə ki, Sarkozi ermənilərin müraciətini anlayışla qarşılayaraq görüşəcəyini vəd edib. Belə ki, Fransa dövlət başçısı bu gün erməni icmasının nümayəndələrini Elisey Sarayında qəbul edəcək

Qeyd edək ki, görüşdə əsasə mövzu Fransa Konstitusiya Şurası tərəfindən ləğv edilən "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması barədə qanun olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə