Suriyada gərginlik səngimək bilmir

Suriyada gərginlik səngimək bilmir

Suriyada təhlükəsizlik qüvvələrinin şəhərin müxtəlif yerlərində təşkil etdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Suriya İnsan Haqqları Təşkilatı məlumat yayıb. Təşkilat ölkədə hadisələrin ilk başladığı Dərə şəhərində 12, İdlib şəhəri və ətrafında 7, Humusda 4, paytaxt Dəməşqdə və Halepdə isə bir nəfərin öldüyünü açıqlayıb. Hadisə nəticəsində xeyli sayda adamın yaralandığı və həbs olunduğu da bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə