Ukrayna prezidenti Viktor Yanukoviç təbii qazın maya dəyərinin yüksək olması ilə əlaqədar Rusiyadan aldığı qazın miqdarını azaldacaq. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Viktor Yanukoviç belə deyib: "\'Rusiyadan ötən il alınan 41 milyard kub metr olan qazın miqdarını bu il 27 milyard kub metrə salacağıq".
Qeyd edək ki, Ukraynanın enerji naziri Yuriy Boyko çıxışlarının birində müqaviləyə əsasən 2012-ci ildə Rusiyadan 52 milyard kubmetr qaz alınması məcburiyyətində olduqlarını və bunu 27 milyard kub metrə salmaq istədiklərini söyləmişdi. Buna dərhal cavab verən Rusiyanın \"Qazprom\" şirkəti isə müqavilədə təktərəfli dəyişiklik edilə bilməyəcəyini qarşı tərəfin diqqətinə çatdırmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB