Arman Musinyan: “Ermənistandan başqa heç bir ölkədə seçkilərin tamamilə saxtalaşdırılması prosesi aparılmır”
\"Bu ilin mart ayının 6-da keçiriləcək parlament seçkilərində ədalətdən danışmağa dəyməz\". SİA-nın xəbərinə görə, bunu Ermənistan Milli Konqresinin nümayəndəsi Arman Musinyan deyib. EMK nümayəndəsi bildirib ki, Ermənistandan başqa dünyanın heç bir ölkəsində seçkilərin tamamilə saxtalaşdırılması prosesi aparılmır.
Onun sözlərinə görə, bu proses yalnız Ermənistanda aparılır ki, bu da hakim Respublika Partiyasının kriminal mentalitetinin nəticəsidir. A.Musinyan deyib ki, kriminallaşan hakim partiyanın bu yolu ölkəni dalana aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB