Ermənistanda mart hadisələrinin növbəti ssenarisi hazırlanır

Ermənistanda mart hadisələrinin növbəti ssenarisi hazırlanır

Ermənistan parlamentdə ordudan fövqəladə vəziyyətlər zamanı ölkə daxilində istifadəyə imkan verən qanun layihəsi hakim koalisiyanın səsləri ilə qəbul edilib. SİA-nın Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, qanun birinci oxunuşda təsdiqlənib. Lakin erməni müxalifəti bundan narahatdır. Belə ki, "İrs" müxalifət fraksiyasının üzvü Stepan Səfəryan bildirib ki, qanun məhz ordudan Ermənistanda may ayında keçiriləcək parlament seçkilərindən sonra başlaya biləcək xalq etirazlarının qarşısını almaq üçün nəzərdə tutulub. Fraksiyanın digər üzvü Zauru Postancyan da həmkarı ilə həmfikirdir. O, hesab edir ki, fövqəladə vəziyyətlərdə ordudan istifadə barədə qanunun hazırlanmasında məqsəd məhz silahlı qüvvələrdən hakimiyyəti qorumaq üçün istifadəyə hazırlıq görməkdir. O, qeyd edib ki, Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi vəziyyət stabil deyil. Onun sözlərinə görə, seçkilərdən sonra vəziyyətin daha da gərginləşəcəyi gözlənilir və prezident Serj Sərkisyanın hakimiyyətdən göndərilməsi üçün bir çox qüvvələr birləşib.

Məhz bu zəmində Sarkisyan öz belini orduya söykəmək istəyir. Çünki, məhz 4 il bundan öncə Sərkisyanı hakimiyyətdən uzaqlaşdlrmaq istəyən müxalifəti gecə yarısı Qarabağdan aparılan xüsusi təyinatlı erməni hərbi dəstələri silah gücünə dağıtmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə