FEMEN hərəkatının üzvləri soyunaraq baş nazirə etiraz etdilər - VİDEO

FEMEN hərəkatının üzvləri soyunaraq baş nazirə etiraz etdilər - VİDEO

Rusiyanın baş naziri Vladimir Putinin bu gün Moskvanın Qaqarin rayonunda yerləşən səsvermə məntəqəsinə gəlişi maraqlı hadisəyə səbəb olub. Rusiya mətbuatının yaydığı məlumata görə, Rusiya Elmlər Akademiyasının binasındakı səsvermə məntəqəsində baş naziri təkcə media nümayəndələri deyil, FEMEN hərəkatının fəalları da gözləyirmiş. Belə ki, Putin səs verib jurnalistlərin suallarını cavablandırdıqdan sonra məntəqədən uzaqlaşıb. Elə bu an içəridə olan qızlar çılpaq soyunub \"Putin oğrudur, Putinin xeyrinə oğurlayıram\", deyə qışqıraraq seçki qutularını aparmağa çalışıblar.


Təhlükəsizlik xidmətinin əməkdaşları aksiyanın davam etməsinə imkan verməyiblər.


http://www.youtube.com/watch?v=UPt3JbzWGBg&feature=player_embedded


Bütün xəbərlər Facebook səhifəmizdə