Rusiyanın baş naziri Vladimir Putin ölkədə keçirilən prezident seçkilərində seçici kimi iştirak edib. Seçkilərdə ən real namizəd olan Putin səsvermə məntəqəsinə gələrək konstitusion hüququndan yararlanıb. Jurnalistlərin sualını cavablandıran Putin seçkilərdə yüksək seçici fəallığını gözlədiyini deyib.
"Ölkəmizin maraqlarını beynəlxalq arenada qorumaq, əsasən dövlət başçısının işidir. Bundan başqa, dövlət başçısı Rusiya Federasiyasının Silahlı Qüvvələrinin komandanıdır. Vətəndaşlarımızın məsuliyyətli davranacaqlarından əminəm", - deyə o vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB