Rusiyada səhər saatlarında prezident seçkilərinə başlanılıb

Rusiyada səhər saatlarında prezident seçkilərinə başlanılıb

Bu gün Rusiyada səhər saatlarında prezident seçkilərinə başlanılıb. Rusiya mətbuatına istinadən verilən məlumata görə, artıq Uralda, Sibirdə və Uzaq Şərqdə bir neçə saatdır ki, səsvermə gedir.


Bütün Rusiya üzrə təxminən 100 min seçki dairəsində 108 milyon vətəndaş səsvermədə iştirak etməlidir. Dövlət başçısı vəzifəsi uğrunda 5 namizəd - "Vahid Rusiya" partiyasından Vladimir Putin, RF Kommunist Partiyasının sədri Gennadi Züqanov, "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski və müstəqil namizəd Mixail Proxorov mübarizə aparır.


Qeyd edək ki, ilkin nəticələr bu gün saat 21:00-dan sonra Rusiyanın ən qərbdə yerləşən Kalininoqrad vilayətində seçki dairələri bağlandıqdan sonra müəyyən olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə