Rusiya Gürcüstanla qarşılıqlı əsasda vizasız rejim tətbiq etmək üçün rəsmi Tiflisə müraciət edib. SİA-nın xəbərinə görə, rəsmi Moskvanın Gürcüstanla diplomatik münasibətləri bərpa etməyi təklif etdiyi bildirilir.
Lakin bu təklifə rəsmi Tiflis \"yox\" deyib. Belə ki, Gürcüstan xarici işlər nazirinin müavini Sergey Kapanadze bildirib ki, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdığı müddətcə Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyəcək. Onun sözlərinə görə, əgər Rusiya bu qondarma respublikaların tanınması qərarına yenidən baxsa və Gürcüstanın işğalına son qoysa, Tiflis münasibətlərin bərpa olunmasına hazırdır.
Qeyd edək ki, Gürcüstan Rusiya üçün vizasız rejim tətbiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB