Fransa Suriyadakı hadisələrlə əlaqədar bu ölkədəki səfirliyinin fəaliyyətini dayandırıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Fransa prezidenti Nikola Sarkozi Brüsseldə təşkil olunan mətbuat konfransında çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Suriyada baş verənlər rüsvayçılıqdır: "Homs şəhəri yer üzündən silinə bilər. Biz bu ölkədəki səfirliyimizi bağlamağa qərar verdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB