Ermənilər: "Bu, Sarkozinin oyunu idi"

Ermənilər: "Bu, Sarkozinin oyunu idi"

Ermənistan "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətini nəzərdə tutan qanunun Fransa Konstitusiya Şurası tərəfindən ləğv edilməsindən narazıdır. CNN Türk-ün verdiyi məlumata görə, ermənilər bunu "Sarkozinin oyunu" adlandırıblar. Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bildirib ki, Nikolya Sarkozi qanun layihəsini qəbul eməklə, siyasi manevr edib və bununla da prezident seçkiləri ərəfəsində Fransa ermənilərinin rəğbətini qazanmaq istəyib.


""Erməni soyqırımı" məsələsi bir daha siyasi mənfəət üçün istifadə edildi. Fransa Senatı qanun layihəsini qəbul etməzdən bunun beynəlxalq təhlükəsizlik baxımından Türkiyə-Ermənistan münasibətlərinə necə təsir göstərəcəyini düşünməli idi", - deyə Levon Ter Petrosyan vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə