Bu gün Tehran vaxtı ilə saat 8.00-da İran İslam Şurası Məclisinə seçkilərə səsvermə başlayıb. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, rəsmi məlumatlar ölkə üzrə 47 min səsvermə qutusunun qoyulduğunu deyir. Səsvermə prosesini təşkil etmək və səsləri hesablamaq işlərinə ümumilikdə 700 min nəfər cəlb edilib.
Seçkilərdə 3 min 444 namizəd 290 mandat uğrunda mübarizə aparır. Namizədlərin əksəriyyəti ayrı-ayrı siyasi partiyaları, siyasi blok və fraksiyaları təmsil edirlər. İslam Şurası Məclisinə keçirilən doqquzuncu seçkilərdə ölkə əhlisinin 48 milyon 288 min 799 nəfəri səsvermə hüququna malikdir.
Xəbər verilir ki, seçkiləri 174 əcnəbi mətbuat nümayəndələr olmaqla 350 jurnalist müşahidə edəcək.
Səsvermənin ilk saatlarında İranın Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xamenei və digər rəsmi şəxslər müvafiq seçki məntəqələrinə gələrək səs veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB