Rusiyada prezident seçkisi öncəsi hökumət əleyhinə keçiriləcək etiraz aksiyalarının vaxtı dəqiqləşib

Rusiyada prezident seçkisi öncəsi hökumət əleyhinə keçiriləcək etiraz aksiyalarının vaxtı dəqiqləşib

Rusiyada prezident seçkisi öncəsi hökumət əleyhinə keçiriləcək növbəti etiraz aksiyasının vaxtı müəyyən edilib. Mart ayının 5-nə planlaşdırılan nümayişlər \"Puşkin\" meydanında keçiriləcək. Nümayişlərin axşam saat 7:00-dan 8:00-a kimi keçirilməsi nəzərdə tutulur. Nümayişə 10 minlərə insanın qatılacağı gözlənilir. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ötən gecə paytaxt Moskvada keçirilən aksiyada onlarla müxalifət tərəfdarı iştirak edib. Aksiyanın radikal müxalifət birləşmələri tərəfindən təşkil edildiyi qeyd edilir.

Etirazçılar Rusiya Mərkəzi Seçki Komitəsinin binası qarşısında yığılaraq baş nazir Putin əleyhinə şüarlar səsləndiriblər. Aksiyada, həmçinin, üzərinə \"Diktatorluğa son qoyaq\", \"Daha 12 il istəmirik\", \"Putinə yox\" sözləri yazılan plakatlar nümayiş etdirilib. Etirazçılar seçkinin ədalətsiz keçiriləcəyini iddia edərək onun ləğv edilməsini tələb ediblər. Etirazçılar, həmçinin, qeyd ediblər ki, seçkidən bir gün sonra Beynəlxalq Kəşfiyyat Təşkilatı qarşısında 100 minlərlə etirazçı yığılaraq seçkinin nəticələrinə etiraz edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə