İranda parlament seçkiləri keçirilir

İranda parlament seçkiləri keçirilir

Bu gün İranda parlament seçkiləri keçirilir.SIA-nın verdiyi məlumata görə, İran parlamentinə 290 deputat yeri üçün müxtəlif siyasi partiya və bloklardan olan 3 467 namizəd mübarizə aparır.

Parlamentə millət vəkili seçmək üçün İranın seçki hüququ olan vətəndaşlarının 48 milyon 288 799 nəfəri seçkilərdə iştirak edəcək.

Xəbər verilir ki, seçkiləri 174 əcnəbi mətbuat nümayəndələr olmaqla 350 jurnalist müşahidə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə