ABŞ münaqişə yaranacağı halda İranın nüvə obyektlərinə hərbi zərbə endirilməsi ilə bağlı plan hazırlayıb. Bunu ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Norton Şvarts bəyan edib.
Norton Şvarts deyib ki, İrana endiriləcək zərbə dağıdıcı olacaq. Pentaqondakı mənbələr ABŞ-ın hərbi planında İsrail qırıcı təyyarələrinin havada yanacaqla təmin edilməsi, İran İslam İnqilabını Mühafizə Korpusunun, İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin bazalarına zərbə endirilməsinin də əksini tapdığını bildirib.
"Washington Post" qəzeti isə yazıb ki, Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsində olan "Bunker-baster" bombalarının Qum şəhəri yaxınlığında, Ford dağlıq ərazisində yer altında yerləşən uran zənginləşdirmə zavodunu dağıda biləcəyinə əmindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB