Suriya ordusu Homsu tutdu

Suriyada təhlükəsizlik qüvvələri Homs şəhərini ələ keçirib. SİA-nın xəbərinə görə, bu barədə \"Reuters\" agentliyi üsyançıların yüksəkrütbəli komandiri Mohaymen əl-Rumaidə istinadən xəbər verir. Ordunun Homsun Baba-Əmr rayonunda üsyançıların mövqelərini mühasirəyə aldığı bildirilir.

Üsyançılar hökumət qüvvələrinə müqavimət göstərir. Müxalifət Bəşər Əsədə sadiq qüvvələrin hələ Homsun mərkəzinədək irəliləyə bilmədiyini xəbər verir. Hökumət qüvvələrinin silahlı üsyançılar axtarışında yaşayış binalarını yoxladığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə