"Wikileaks" saytı ABŞ-ın "Stratfor" analitik kompaniyasının 5 milyon gizli elektron məktubunun yayımına başlayıb. Saytın yayımladığı sənədlər arasında İsrail-ABŞ-İran-Türkiyə münasibətləri barədə də kifayət qədər faktlar var.
"Stratfor"un rəhbəri Corc Feldmanın bir neçə məktubu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın keçmiş Baş katibi Henri Kissincer arasındakı söhətləri əhatə edir. Ərdoğan Kissincerə bildirib ki, o, İslam dünyasının lideri olmaq üçün hal-hazırda İsraillə münasibətləri kəsməyə məcburdur. Yayımlanan məktub 2011-ci ilin fevral ayına aiddir.
R.T.Ərdoğanın fikrincə, Qərb və İsrailin İrana qarşı müharibəsi Türkiyənin xeyrinədir, çünki bu halda Türkiyə regiondakı mövqeyini daha da gücləndirəcək.
Feldman İrana hücumla bağlı türklərin mövqeyinə belə şərh verir: "Hücumdan sonra Ərdoğan İsrail və ABŞ-la münasibətlərini dərhal dayandıracaq. O, bunu gözləyir. Belə halda İran daha çox göz qabağında olacaq, amma daha çox zəif olacaq. İranın türklərdən asılılığı getdikcə artacaq. Bu yalnız İsrailin İrana hücumundan sonra reallaşacaq".
"Wikileaks" saytının məktubların yayımına başlamasından dərhal sonra "Stratfor" bəyanat verərək bildirib ki, oğurlanan məktubların mətni "hakerlər tərəfindən təhrif edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB