İraq hökuməti: \"2004-2011 illərdə 69 min 263 nəfər ölüb\"

İraq hökuməti: \"2004-2011 illərdə 69 min 263 nəfər ölüb\"

ABŞ-ın İraqa qarşı 2003-cü ildən bu yana güclü hücumları və işğalçı siyasəti nəticəsində İraqda 2004-2011-cü illərdə həyatını itirənlərin sayı 69 min 263 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, İraq hökumətinin sözçüsü Əli Əl Debbağ, 21 min 539 adamın öldürüldüyü 2006-cı ili ölkə tarixində qanlı faciə adlandırıb. O, tək 2011-ci ildə ölənlərin sayının 2 min 777 nəfər olduğunu vurğulayıb. İraq İnsan Haqqları Nazirliyi isə 2009-cu ilin oktyabr ayında 85 min 694 nəfərin öldürüldüyünü bildirib. Qeyd edək ki, müstəqil ingilis saytı olan www.iraqbodycount.org-da da İraqdakı hadisələrdə 114 min 584 nəfərin öldürüldüyü yazılmışdı.


Bütün xəbərlər Facebook səhifəmizdə