\'Birləşmiş Millətlər Təşkilatı Suriyada ötən ilin mart ayından bu yana qiyamlar nəticəsində ölənlərin sayının 7500-ə çatdığı haqda açıqlama yayıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının baş katibinin siyasi işlər üzrə məsul köməkçisi Lyan Paskoye ölənlərdən 100 nəfərin ölkə vətəndaşı olduğunu bildirib.
Bununla belə Suriya ordu qüvvələrinin Humus və digər şəhərlərdəki yaşayış binalarını bombardman etməsi nəticəsində xeyli sayda insan həlak olub. Təşkilatın məsul köməkçisi ölənlər arasında çoxlu sayda qadın və uşağın olduğunu deyib.
Bu arada Amerikanın xarici işlər naziri Hillari Klinton yaşayış məntəqələrinin top atəşinə tutulmasına, yaralı müxalifətçilərin xəstəxanalarda işgəncəyə məruz qalmasına, habelə qadın və uşaqların güllələnməsinə görə Bəşər Əsədi günahlandırıb. Onun sözlərinə görə, bu kimi hadisələrin əsas səbəbkarı məhz Bəşər Əsəd rejimidir.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqqları nümayəndəsi Navi Pillay da Suriya ordusunu vətəndaşlara qarşı müharibə cinayətləri işləməklə günahlandırıb və yeni bir atəşkəs çağırışı edib. Pillay çıxışından dərhal sonra Suriya nümayəndəsi Cenevrədə toplanan BMT İnsan Haqları Şurasının iclasını tərk edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB