Çaves yenə əməliyyat olundu

Ötən gecə Venesuela prezidenti Uqo Çaves Havanadakı klinikalardan birində əməliyyat olunub. SİA-nın məlumatına görə, onkoloji xəstəliklə bağlı həyata keçirilən əməliyyat bir saat yarım çəkib. Xatırladaq ki, daha əvvəl Venesuela lideri daha bir əməliyyat keçirəcəyi barədə bildirmişdi. Ölkənin Milli Assambleyası da Çavesin Kubaya səfər etməsi barədə səsvermə yolu ilə qərar qəbul etmişdi. Belə ki, ölkə konstitusiyasına görə, prezident ölkəni 5 sukadan çox müddətdə tərk etməyi düşünərsə, bu barədə parlamentdən icazə almalıdır.

Qeyd edək ki, bu Çavesin şiş xəstəliyi diaqnozu ilə keçirdiyi ikinci əməliyyatdır.


Bütün xəbərlər Facebook səhifəmizdə