Saakaşvili Rusiya ilə birtərəfli şəkildə viza rejimini ləğv etməyə hazırdır

Saakaşvili Rusiya ilə birtərəfli şəkildə viza rejimini ləğv etməyə hazırdır

Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün parlamentdəki çıxışında Rusiya ilə birtərəfli şəkildə viza rejimini ləğv etməyə hazır olduğunu bildirib. SİA-nın məlumatına görə, çətin olsa da o Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına maraqlı olduğunu qeyd edib. Onun fikrincə, belə bir ləğv dünya üçün bir şans olar. O həmçinin rusiyalı biznesmen və turistləri Gürcüstana çağırıb.

Prezident Saakaşvili öz növbəsində qeyd edib ki, Gürcüstan heç vaxt öz ərazi bütövlüyündən əl çəkməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə