İsrail İrana hücum edəcəyi halda ABŞ-ı xəbərdar etməyəcəyini açıqladı

İsrail İrana hücum edəcəyi halda ABŞ-ı xəbərdar etməyəcəyini açıqladı

İsrailin nüvə silah əldə etməyə çalışmaqla günahlandırdığı İrana hücum edəcəyi halda ABŞ-a xəbərdar etməyəcəyi bildirildi. SİA-nın xəbərinə görə, Associated Press (AP) xəbər agentliyinə kimliyi gizli qalmaq şərtiylə danışan ABŞ-lı kəşfiyyat səlahiyyətlisi haqqında danışdığı mesajın İsrailli səlahiyyətlilərilə ABŞ səlahiyyətliləri arasındakı görüşmədə alındığını söyləyib.

ABŞ-lı kəşfiyyat səlahiyyətlisi İsrailli səlahiyyətlilərin İrana qarşı hücumdan əvvəl ABŞ-ı xəbərdar etməmək qərarı aldıqlarının onlara çatdırdıqlarını deyib. İsrailli müdafiə səlahiyyətliləri də İrana qarşı ediləcək əməliyyatın əvvəlində ABŞ-ın xəbərdar edilməsi kimi bir planlarının olmadığını təsdiqlədi.

ABŞ-ın səlahiyyətlisi israil baş naziri Binyamin Netanyahu və müdafiə naziri Ehud Barakın ABŞ xarici işlər naziri, Ağ Evin təhlükəsizlik məsləhətçisi, ABŞ milli kəşfiyyat direktoru və ABŞ Konqresi üzvlərinin olduğu görüşlərdə haqqında danışılan mesajın ABŞ-lı səlahiyyətlilərə çatdırıldığını söylədi. Ağ Ev, Pentaqon və ABŞ Milli Kəşfiyyat Direktorluğundan edilən şərhlərdə isə mövzuyla bağlı məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə