Ermənistan İrandan benzin alacaq

Ermənistan İrandan benzin alacaq
İranın neft naziri Rüstəm Qasımi və Ermənistanın energetika naziri Armen Movsisyan bu gün İrandan Ermənistana benzin və digər neft məhsullarının ixracını nəzərdə tutan sazişi imzalayıblar. SİA-nın \"Mehr\" agentliyinə istinadən verdiyi xəbərə görə, sazişə əsasən, İran Ermənistana benzin, dizel yanacağı, kerosin və aviasiya yanacağı tədarük edəcək. Tərəflər həmçinin sərhəd zonasında neft terminalının tikintisi haqqında da razılığa gəlib.
İran sutkada təxminən 50 milyon litr benzin və 100 milyon litr maye qaz istehsal etmək iqtidarındadır. İran Milli Neft Emalı Şirkətinin direktoru Əlirza Zeyqami deyib ki, İran hazırda qonşu ölkələrə benzin və dizel yanacağı ixrac edir. Onun sözlərinə görə, İraq, Ermənistan, Əfqanıstan və Pakistan hazırda İrandan benzin və dizel yanacağı idxal edir və ya idxal etməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə