"Ərəb baharı" Hindistana çatdı

"Ərəb baharı" Hindistana çatdı

Afrikanın şimalından şərqə tərəf əsən və özü ilə "ərəb baharı" gətirən isti Qərb küləkləri qədim Hindistana yetişib. Külək bir tərəfdən insanları küçələrə çıxarır, digər tərəfdən bu ölkənin səmasına qara buludları topalayır. SİA BBC-yə istinadən xəbər verir ki, Hindistanın iri şəhərlərində milyonlarla insan bu gündən tətilə başlayır. Nəticədə bankların, nəqliyyatın, limanların, poçt sisteminin fəaliyyətinin "donacağı" gözlənilir.


Ölkənin ən böyük həmkarlar ittifaqı təşkilatlarının təşkil etdiyi və minlərlə kiçik həmkarlar təşkilatlarının dəstəklədiyi aksiyaya qatılanlar iş şəraitinin yaxşılaşdırılmasını, dövlət müəssisələrinin "dəyərə-dəyməzə satışının" dayandırılmasını tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə