Suriyada qarşıdurmalar səngimir. Üsyançılarla hökumət qüvvələri arasında baş verən döyüşlərdə ölən və yaralananların sayı lap "rekord qırıb". SİA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, son toqquşmalarda Bəşər Əsəd rejiminin qüvvələri 144 nəfəri qətlə yetirib. Bunu deyən müxalifət təmsilçisi 144 nəfərin son sutkada öldüyünü, yoxsa bunun son bir neçə gündə ölənlərin sayı olduğunu dəqiqləşdirməyib.
Toqquşmalar xüsusilə Homs şəhərində qeydə alınır. Məhz burada müxalifət təmsilçiləri də silaha sarılıb və ordu ilə vuruşurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB