HƏMAS lideri Suriyadan çıxdı

HƏMAS-ın iki nömrəli səlahiyyətlisi Musa Əbu Marzuk, özünün və hərəkatın liderlərinin, hakimiyyətin müxaliflərə qarşı sərt mövqeyinə etiraz olaraq Suriyadan çıxdığını təsdiqləyib.

Musa Əbu Marzuk "Associated Press"ə açıqlamasında, HƏMAS-ın ofislərinin hələ Suriyada olmasına baxmayaraq "praktik cəhətdən artıq Suriyada fəaliyyət göstərmədiklərini" söyləyib.

Marzuk hazırda Misirdə yaşadığını, HƏMAS lideri Xalid Məşəl və köməkçilərinin Qətərin paytaxtı Dohaya daşındıqlarını bildirib.

Əbu Marzuk ayrıca olaraq, HƏMAS ilə Fələstin lideri Mahmud Abbas arasında əldə edilən milli birlik müqaviləsinin hər iki tərəfin bir müddət əvvəlki optimist qiymətləndirmələrinə baxmayaraq, böyük maneələrlə üzləşdiyini sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə