Yəmənin cənub-şərqində bomba yüklü avtomobillə təşkil edilən intihar hücumunda 20 nəfər əsgərin öldüyü bildirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İbn Sina xəstəxanasından adının açıqlanmasını istəməyən bir həkim, Mukalla bölgəsində prezident sarayının girişində təşkil edilən hücumdan sonra 20 adamın cəsədinin meyitxanaya qaldırıldığını deyib. Həkim, çox sayda yaralı olduğunu da bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB