Əfqanıstanda ABŞ ordusunun Müqəddəs kitab "Qurani-Kərim\"i və digər dini
kitabları yandıraraq zibilliyə atması kütləvi etirazlara səbəb olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bununla əlaqədar NATO və ABŞ tərəfindən dəfələrlə üzr istənilsə də amma buna baxmayaraq Əfqanıstan prezidenti Həmit Kərzainin hirsi soymayıb. Belə ki, günlərlə davam edən etiraz aksiyaları bu gün də 12 nəfərin həyatına son qoyub. Paytaxt Kabildə baş tutan aksiyada etirazçılar "ABŞ-a ölüm" və "Yaşasın İslam" şüarları səsləndirib. Hadisədə xeyli nümayişçinin isə həbs olunduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB