ABŞ, Böyük Britaniya, Türkiyə və İtaliya Suriyaya qarşı hərbi kampaniyaya hazırlaşır

ABŞ, Böyük Britaniya, Türkiyə və İtaliya Suriyaya qarşı hərbi kampaniyaya hazırlaşır

Rəsmi bəyanat verilməsinə baxmayaraq Vaşinqton, London, Ankara və Roma Suriyaya qarşı hərbi müdaxilə planı hazırlayırlar. SİA-nın DEBKAfile Hərbi Araşdırmalar Agentliyinə istinadən verdiyi məlumata görə, son qərarı ABŞ prezidenti Barak Obama verməlidir. Pentaqonda hazırlanan hərbi plana əsasən adları çəkilən 4 dövlət Suriya müxalifətinə kömək və dinc əhalini ordunun həmlələrindən qurtarmaq, qətllərə son qoymaq məqsədilə bu addımı atmaq niyyətindədirlər.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında (TŞ) Rusiyanın və Çinin vetosu səbəbindən Suriyada Əsəd rejiminə qarşı embarqo və digər təzyiq vasitələri həyata keçirilə bilməyib. Ona görə də, ABŞ öz müttəfiqləri ilə birgə BMT-nin mandatı olmadan qan tökülməsinin qarşısını almaq qərarına gəlib.

Bu gün Tunusin paytaxtında "Suriyanın dostlar" təşkilatı da bu məsələni müzakirə edəcək. Güman edilir ki, məhz Tunisdə Suriyanın və Əsəd rejiminin taleyi həll oluna bilər.


Bütün xəbərlər Facebook səhifəmizdə